Azeri / English
GN Information Technologies OrganizationIREX/IATPISAR/Azerbaijan
TƏŞKİLAT HAQQINDA

Təşkilat haqqında qısa məlumat

Azərbaycan Sosiologiya Assosiasiyasi təhlillərin və ictimai fikir araşdırmalarının həyatın geniş problemlərinin spektrində və insanların fəaliyyətləri ilə məşğul olan ictimai qeyri-hökümət təşkilatıdır.

ASA 1996-cı ildə Ədliyyə nazirliyindən qeydiyatdan keçmiş və həmin ildə də təsis edilmişdir. ASA Beynəlxalq Sosiologiya Assosasiyasının (BSA) və Avropa Sosiologiya Assosasiyasının (AvSA) üzvüdür.

Azərbaycan Sosiologiya Assosasiyası tərəfindən keçirilən yoxlamalardan alınan təcrübə və nəticələr Beynəlxalq Sosiologiya Assosasiyasının Beynəlxalq Sosiologiya jurnalında çap edilmiş və XIV Ümumdünya Sosilogiya Konqresində (Monreal, Kanada 1998) və XV Ümumdünya Sosiologiya Konqresində məruzə edilmiş, Azərbaycan Sosiologiya Assosasiyasının nailiyyətlərinə həsr edilmiş xüsusi elmi iclaslar keçirilmişdir.Bu elmi iclasların sənədlərinin icmalında ASAnın keçirdiyi yüksək texnoloji səviyyəsii və işgüzar aktuallığı qeyd edilmişdir.

Missiya

ASAnın missiyası ictimai işin və təhlilin keçirilməsi, Azərbaycanda sosioloji xidmətlərin koordinasiyasıdır.Sosioloci biliyin cəmiyyətdə populyarlaşdırılması.

Azərbaycan Sosiologiya Assosiasiyasının fəaliyyəti sferasını uşaqların səhiyyəsi və inkişafı ilə əlaqədar araşdırmaların aparılması, əhalinin yoxsul və aztəminatlı təbəqələrinin ictimai problemləri,, qaçqınların və məcburi köçkünlərin dəstəklənməsi, əhalinin əmin amanlığı üçün iqtisadi və siyasi şərayitinin təmin edilməsi,, yoxsulluğun azaldılması, zərərçəkən əhalinin müxtəlif təbəqələrinə humanitar yardımın göstərilməsi təşkil edir. ASA həmçinin müxtəlif layihələrin həyata keçirilməsi və effektliliyi, sosial qiymətləndirmənin aparılması və təşkilatların fəaliyyətinin insanların fəaliyyətinin inkişafı ilə əlaqədar axtarılan sahələrdə ekspertizası ilə məşğul olur.

Bundan başqa ASA qaçqınların və məcburi köçkünlərin birliklərində işin təşkili, hüquqla mübarizə aparan gənclər arasında işin yüksəldilməsi, əhalinin müxtəlif təbəqələri ilə təlim işlərinin aparılması işləri ilə də məşğuldur.

Məqsəd və İstiqamətlər

ASAnın məqsədi Azərbaycan üzrə sosioloji biliyin artırılmasıdır. Bu, öz strukturunda sosial elmlərlə məşğul olan adamların bənzər assosasiyaları ilə əməkdaşlıq edərək sosioloqların ölkənin bütün hissələrində cəhdlərini etiraf edir və sosialogiyanın azad inkişafının dəstəklənməsi və gücləndirməsinə can atır.

Bu məqsədlərə nail olmaq üçün, ASA aşağıdaki fəaliyyətlərlə məşğuldur:

(a) sosial təşkil edilmiş və şəxsi əlaqələri sosioloqlar və başqa sosial elmlərlə məşğul olanlar arasında İnkişaf etdirmək və zəmanət vermək;

(b) sosioloji biliklərin inkişafında informasiyanın beynəlxalq aləmdə yayılması və mübadiləsi prosesini müdafiə etmək;

(c) elmi tədqiqat və təlimlərin aparılmasını irəlilətmək və bu işlərdə yardım göstərmək;

(d) müntəzəm şəkildə iclasları çağırma və planlaşdırılmış konqressləri keçirmək.

Təhkilatın Strukturu

Azərbaycan Sosiologiya Assosasiyası kollektiv və fərdi üzvlərdən ibarətdir. ASAnın kollektiv üzvləri sosiologiya elmi ilə məşğul olan elmi müəssisələrdə və öz sahələrində, ali təhsil müəssisələrinin sosioloqiya fakültələrində, sosial təminat müəssisələrində sosiolojii profilli qeyri-hökümət təşkilatlarında ixtisalaşmışdır.

Fərdi üzvlər isə sosioloqiya, iqtisadiyyat, hüquq, səhiyyə, pedaqoqika, psixologiya və başqa sahələrdə çalışan yüksək ixtisaslı mütəxəssislərdən ibarətdir. ASAnın heyəti informasiyanın alınması, emalı və analizi sahəsində yüksək texnologiyaya və keçirilmiş araşdırmalara əsaslanan bütöv məsləhət və fəaliyyət proqramlarının hazırlanması sahəsində inkişaf etmişdir.

Sosiologiyanın bir çox səhələrini əhatə edən tədqiqat bölmələri ASAnın tərkibində fəaliyyət göstərir.ASAnın həmçinin tədqiqat komitəsi və tematik qrupları var.

ASAnın Ali orqanı 4 ildən bir keçirilən konqressdir. Konqresslərarası dövürdə assosasiya ASAnın prezidentinin başçılığı ilə icraedici şura tərəfindən idarə olunur. Hal hazırda ASA-nın prezidenti Rüfət Quliyevdı.

Bu layihə GN İnformasiya Texnologiyaları tərəfindən IREX/IATP əməkdaşlığı və ISAR/Azərbaycan maliyyə dəstəyi ilə həyata keçirilmişdir.

Təşkilatımız | Layihələr | Sponsorlar | Press | Əlaqə
 
  ASA --> Home